Bakıya dolu yağır (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Bakıda qeyri-sabit hava şəraiti müşahidə olunur.

Trend xəbər
verir ki, paytaxtın bir sıra ərazilərində güclü küləklə müşayiət
olunan leysan xarakterli yağış yağır. Bəzi ərazilərdə isə dolu
düşüb.

Yağış və külək şəhərin müxtəlif hissələrində müşahidə
olunur.




Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və
Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli
hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR,
Hacıqabul, Neftçala, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Göyçay,
Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuzda narıncı xəbərdarlığa
uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4
m/san-dək güclənəcək. Ölkənin digər bölgələrində isə sarı
xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti
13.9–20.7 m/san təşkil edəcək.