“Barselona” “Vilyarreal”a qalib gəlib 

Baş səhifə

İspaniyanın “Barselona” futbol klubu La Liqada XIII tur oyununa çıxıb.

Modern.az xəbər verir ki, Kataloniya klubu evdə “Vilyarreal”la qarşılaşıb. İlk hissəni qonaqlar 2:0 hesablı üstünlüklə tamamlayıblar.

Lakin ruhdan düşməyən “Barselona” ikinci hissədə üç qol vuraraq qələbə qazanıb.

Hazırda katalonlar 36 xalla turnir cədvəlinə başçılıq edirlər.