Gəncədə mənzildə bağlı qapı arxasında qalan azyaşlı xilas edilib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Gəncə
şəhərinin Yeni Gəncə yaşayış massivində yerləşən yaşayış binasında
azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə
qalması barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə
FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub.




Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə
doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən
mənzilin qapısını açaraq 2017-ci il təvəllüdlü Əhmədov Nurəddin
Asim oğlunu valideynlərinə təhvil veriblər.