“Neftçi” “Kəpəz”ə qalib gəlib – Premyer Liqa

Baş səhifə

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha
bir oyunu keçirilib.

Turun ikinci qarşılaşmasında “Neftçi” doğma meydanda “Kəpəz”i
qəbul edib.

“Palms Sports Arena”da təşkil olunan görüş Bakı təmsilçisinin
1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda yeganə qolu 67-ci
dəqiqədə Alen Şkribek vurub.




Bu nəticədən sonra “Neftçi” 24 xalla turnir cədvəlinin 1-ci
pilləsində, “Kəpəz” isə 17 xalla 5-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Vətən müharibəsində qazanılan şanlı Qələbənin
6-cı ildönümü ilə əlaqədar Azərbaycan Premyer Liqasının bu turu
“Zəfər turu” elan olunub. Qərara əsasən, noyabrın 6-8-də
keçiriləcək bütün oyunlardan əvvəl Azərbaycanın Dövlət Himni
səsləndiriləcək.

Qeyd edək ki, turun ilk qarşılaşmasında “Turan Tovuz” səfərdə “Qarabağ”a (1:0) qalib gəlib. “Zəfər turu”na noyabrın 8-də yekun
vurulacaq.