
ABŞ dünya üzrə rekord həddə çatan dəniz yükdaşıma tariflərini azaltmaq məqsədilə Rusiya, İran və Venesueladan neft və neft məhsulları daşıyan kölgə donanmasının gəmilərinə qarşı sanksiyaların yumşaldılması imkanını nəzərdən keçirir.
Bu barədə “Reuters” adı açıqlanmayan amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, müzakirələr əvvəllər sanksiyaya məruz qalmış gəmilərlə sanksiya tətbiq edilməyən neftin daşınmasına icazə verilməsi üzərində cəmləşib.
Təşəbbüsün əsas məqsədi Fars körfəzindən xam neft və neft məhsullarının ixrac həcmini artırmaqdır. Belə gəmilərdən istifadə etmək istəyən şirkətlər ABŞ Maliyyə Nazirliyindən müvafiq icazə almalı olacaqlar.
Məlumatda qeyd olunur ki, bu məsələ ilə bağlı müzakirələr davam edir və sanksiyaların yumşaldılması barədə yekun qərarın verildiyi bildirilməyib.

