Fransada dizelin qiyməti rekord həddə çatıb

Baş səhifə

Bakı. Trend:

Fransada dizel yanacağının orta qiyməti rekord həddə çataraq bir
litr üçün 2.41 avroya yaxınlaşıb.

Bu barədə “Agence France-Presse” (AFP) agentliyi məlumat
yayıb.




Hesablama ölkə miqyasında 8.7 mindən çox yanacaqdoldurma
məntəqəsinin qiymətləri əsasında aparılıb.

Yanacağın bahalaşması, əsasən, Hörmüz boğazının blokadaya
alınması nəticəsində tədarükdə yaranan ciddi fasilələr fonunda baş
verir.