“Bavariya” xal itirib – Bundesliqa

Baş səhifə

Bakı. Trend:

Bundesliqanın 2-ci turunun mərkəzi qarşılaşmasında “Bavariya”
səfərdə “Şalke 04” ilə üz-üzə gəlib.

Qarşılaşmada hesab açılmayıb və görüş qolsuz heç-heçə ilə başa
çatıb.

Münxenlilərin əsas rəqibi Dortmundun “Borussiya” klubu səfərdə
“Hoffenhaym” üzərində qələbə qazanıb – 3:2. Ötən tur xal itirən
“Bayer Leverkuzen” bu dəfə paytaxt təmsilçisi – “Union Berlin”i
darmadağı edib – 4:0.

“Elversverq” səfərdə Mönxenqladbaxın “Borussiya” komandasına
qalib gəlib – 4:3. “Verder Bremen” öz meydanında “Leypsiq”
komandasını (3:1), “Frayburq” isə səfərdə “Paderborn”u (1:0)
məğlubiyyətə uğradıb.




Qeyd edək ki, turun ötən gün oynanılan açılış matçında
“Ştutqart” doğma divarlar arasında “Köln”ə böyük hesabla qalib
gəlib – 4:1.

Tura bazar günü keçiriləcək “Hamburger” – “Mayns” və “Ayntraxt”
– “Auqsburq” görüşləri ilə yekun vurulacaq.

İki turdan sonra Bundesiqada “Frayburq”, “Borussiya Dortmund” və
“Elversberq” 6 xalla müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
“Bavariya” 4 xalla dördüncü sırada yer alıb.