ABŞ-də Trampın Vergi Xidmətinə qarşı qaldırdığı iddia üzrə iş yenidən açılıb

Baş səhifə

Bakı. Trend:

Floridada federal hakim ABŞ Prezidenti Donald Trampın vergi
bəyannamələrinin ilk prezidentlik dövründə mediaya sızdırılması ilə
bağlı Daxili Gəlirlər Xidmətinə (IRS) qarşı qaldırdığı iddia üzrə
işin yenidən baxılmasına razılıq verib.

Trend-in
məlumatına görə, D. Tramp kompensasiya olaraq ən azı 10 milyard
dollar tələb edir.

Florida ştatının Cənub Dairəsinin elektron məlumat bazasında
dərc olunmuş sənədlərə görə, bu ayın əvvəlində ABŞ prezidenti ilə
Daxili Gəlirlər Xidməti arasında Trampın vergi bəyannamələrinin
sızmasına görə 10 milyard dollar təzminat tələb etdiyi işə xitam
verilib. Ağ Evin rəhbəri iddiasını geri götürüb. Razılaşmaya əlavə
olaraq isə ABŞ Ədliyyə Nazirliyi Amerika lideri və onun ailəsinə
cari vergi araşdırmaları ilə bağlı hər cür hüquqi təqibdən
immunitet verən direktivi açıqlayıb.




Bunun ardınca 35 keçmiş federal hakim məhkəmənin yenidən
açılmasını tələb edən vəsatət qaldıraraq Ədliyyə Nazirliyinin
müqavilənin şərtlərini məhkəmədən gizlətdiyini iddia etdi.

Bundan sonra hakim Ketlin Uilyams iddiaçı tərəfinə 12 iyun
tarixinə qədər “vəsatətə cavab verməyi” və iddianın geri
götürülməsi ilə bağlı mövqeyini izah etməyi tapşırıb.