EIA OPEC+ ölkələri ilə bağlı neft hasilatı proqnozunu açıqlayıb

Baş səhifə

Bakı. Trend:

OPEC+ ölkələrinin neft və digər maye karbohidrogenlərin
hasilatının 2026-cı ildə gündəlik 35,63 milyon barel, 2027-ci ildə
isə orta hesabla gündəlik 39,78 milyon barel təşkil edəcəyi
gözlənilir.

Trend xəbər verir ki, bu barədə ABŞ Enerji
İnformasiya Administrasiyasının (EIA) “Qısamüddətli enerji
proqnozu” adlı may hesabatında qeyd edilib.

EIA-nın qiymətləndirməsinə görə, 2026-cı ildə OPEC+ ölkələrinin
sözügedən məhsul hasilatı birinci rübdə orta hesabla günə 37,48
milyon barel, ikinci rübdə günə 31,35 milyon barel, üçüncü rübdə
gündəlik 34,81 milyon barel, dördüncü rübdə isə günə 34,86 milyon
barel təşkil edəcək.




Qurumun 2027-ci il üçün isə OPEC+ ölkələri üzrə neft və digər
maye karbohidrogenlərin hasilatı ilə bağlı proqnozları belədir:
birinci rübdə hasilatın günə 39,72 milyon barel, ikinci rübdə günə
39,82 milyon barelə, üçüncü rübdə günə 39,77 milyon barel, dördüncü
rübdə isə gündəlik 39,81 milyon barel səviyyəsində olacağı
gözlənilir.

“Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) OPEC-dən ayrılacağını və bu
qərarın 1 may 2026-cı ildən qüvvəyə minəcəyini elan etməsindən
sonra, may ayı üzrə hazırladığımız hesabatda bu dəyişiklik nəzərə
alınıb. Artıq hesabatdakı OPEC hasilat göstəricilərinə həm tarixi
məlumatlarda, həm də proqnoz dövrlərində BƏƏ-nin məlumatları daxil
edilmir.

BƏƏ-nin ehtiyat xam neft hasilat gücünə malik olması səbəbindən,
indi proqnozlaşdırırıq ki, OPEC-in ehtiyat hasilat gücü 2027-ci
ildə orta hesabla gündə 2,5 milyon barel təşkil edəcək. Bu
göstərici əvvəlki proqnozumuzda qeyd olunan gündəlik 3,8 milyon
barellə müqayisədə daha aşağıdır”, – hesabatda qeyd edilib.