
ABŞ Federal Təhlükəsizlik Bürosu (FTB) Xüsusi Əməliyyatlar Komandanlığının sabiq əməkdaşını məxfi məlumatları mediaya ötürmək şübhəsi ilə saxlayıb.
“Report” xəbər verir ki, bu barədə sosial şəbəkədə büronun rəhbəri Kaş Patel məlumat paylaşıb.
“FTB və tərəfdaşlarımız yüksəkrütbəli hərbçilərimizə dəstək göstərən ABŞ Birləşmiş Xüsusi Əməliyyatlar Komandanlığını keçmiş əməkdaşını məxfi məlumatları KİV nümayəndəsinə ötürmək ittihamı ilə həbs edib”, – Patel bildirib.
O qeyd edib ki, əməliyyat FTB-nin Əks-kəşfiyyat və casusluq şöbəsinin Ədliyyə Nazirliyi ilə qarşılıqlı əlaqəsi şəraitində həyata keçirilib.
“Qoy bu bütün potensial informatorlar üçün xəbərdarlıq olsun: biz belə işlərlə məşğul oluruq və həbslər həyata keçiririk. FTB ölkəmizə xəyanət etməyə və amerikalıları təhlükəyə atmağa çalışanların əməllərinə göz yummayacaq”, – o yazıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bəyan edib ki, hakimiyyət mediadan İranda vurulmuş amerikalı təyyarəçinin axtarışları barədə məlumatın mənbəyini açıqlamağı tələb edəcək, bununla belə Amerika lideri söhbətin hansı nəşrdən getdiyini dəqiqləşdirməyib.
Vurulmuş qırıcı və xilasetmə əməliyyatı barədə Amerikanın “Axios”, “The Washington Post”, “The New York Times” və “Reuters”, eləcə də İsrailin “N12” nəşrləri məlumat vermişdi. Tramp izah edib ki, bu cür məlumatların yayılması bir müddət İran hərbçilərindən gizlənən təyyarəçi üçün təhlükə yarada bilərdi.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


