Azərbaycanda telekommunikasiya xəritəsi yaradılacaq

Baş səhifə

Bakı.Trend:

Telekommunikasiya infrastruktur məlumatlarının xəritələnməsi və
coğrafi informasiya sisteminin qurulması üçün platforma
yaradılacaq.

Trend-in
məlumatına görə, bu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi
(İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi) tərəfindən
həyata keçiriləcək.




Belə ki, telekommunikasiya xidmət təchizatçılarının şəbəkə
xətləri barədə informasiyanı özündə birləşdirən telekommunikasiya
infrastruktur məlumat bazası (“Genişzolaqlı Xəritələndirmə”) və
coğrafi informasiya sisteminin mövcudluğu mümkün olacaq.

Platforma yaradılması 2026-cı il dekabrın 30-na kimi nəzərdə
tutulub.