“Lufthansa” yanacaq qiymətlərinin artması səbəbindən uçuşları dayandıra bilər

Baş səhifə

Bakı. Trend:

Almaniyanın ən böyük aviaşirkəti olan “Lufthansa”, İranla bağlı
münaqişənin yaratdığı yanacaq qiymətlərinin yüksəlməsi səbəbindən
20-40 təyyarəsini uçuşları dayandırmaq məcburiyyətində qala
bilər.

Trend xəbər verir
ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, “Lufthansa” şirkətinin baş direktoru
Karsten Spohr tələbatın gözlənilən azalmasını nəzərə alaraq
donanmanın bir hissəsinin istismardan çıxarılması ssenarilərinin
qiymətləndirilməsini əmr edib.




Mütəxəssislər uzunmüddətli perspektivdə 20 və ya hətta 40
təyyarənin dayandırılmasının təsirini qiymətləndirməlidirlər. Bu,
mövcud ümumi sərnişin tutumunun müvafiq olaraq 2,5%-i və 5%-inə
bərabərdir.

“Lufthansa” yanacaq tələbatının 80%-ni qiymət dalğalanmalarından
qorusa da, qalan hissə üçün kerosin qiymətlərinin artması əlavə 1,5
milyard avro xərclərə səbəb olacaq.