
Qana ilə Avropa İttifaqı (Aİ) kəşfiyyat dronlarının və PUA əleyhinə sistemlərin verilməsini nəzərdə tutan müdafiə və təhlükəsizlik tərəfdaşlığı müqaviləsi imzalayıblar.
“Report” xəbər verir ki, bu barədə “Africa News” portalı məlumat yayıb.
Sənəd Akkrada Qananın Vitse-prezidenti Ceyn Naana Opoku-Aqyemanq və Aİ diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən imzalanıb.
Bu, Avropa İttifaqı ilə Afrika ölkəsi arasında ilk belə müqavilədir. Sənəd Sahel bölgəsində terrorizmlə mübarizə aparmaq, kibertəhlükəsizliyi gücləndirmək, sərhədləri qorumaq və kəşfiyyat məlumatlarının mübadiləsinin inkişaf etdirməkdir.
Müqavilənin bir hissəsi olaraq, Aİ, Avropa Sülh Fondu vasitəsilə maliyyələşdirilən, kəşfiyyat dronları, PUA əleyhinə sistemlər, rabitə avadanlığı və patrul vasitələri daxil olmaqla, Qanaya hərbi texnika təhvil verəcək.
Ölkənin şimal sərhədinin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək. Maliyyələşdirmənin məbləği açıqlanmayıb.
Müqavilə qeyri-müəyyən müddətə bağlanır və onun effektivliyi hər iki ildən bir qiymətləndirilir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


