Sabah dağlıq ərazilərə qar yağacaq

Baş səhifə

Bakı.Trend:

Mayın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Mayın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə yağış
yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.




Havanın temperaturu gecə 7-9° isti, gündüz 12-17° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunundan 753 mm civə sütununa
enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir
yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı,
şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı
ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim
qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 13-18° isti, dağlarda
gecə 2-5° isti, gündüz 5-10° isti olacaq.