
Bakı. Trend:
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La
Liqasında ayın ən yaxşı məşqçisi adına layiq görülüb.
Trend xəbər verir
ki, alman mütəxəssisin rəhbərliyi altında katalonlar mart ayında üç
qələbə qazanıblar – “Atletik Bilbao”nu 1:0, “Sevilya”nı 5:2, “Rayo
Valyekano”nu isə 1:0 hesabı ilə məğlub ediblər.
Səsvermənin nəticələrinə əsasən, 61 yaşlı mütəxəssis
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone və “Levante”nin
çalışdırıcısı Luis Kastronu geridə qoyub. Simeonenin komandası ay
ərzində iki qələbə və bir məğlubiyyət, Kastronun komandası isə bir
qələbə və iki heç-heçə əldə edib.
Qeyd edək ki, İspaniya çempionatının 29 turundan sonra
“Barselona” 73 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın
izləyicisi “Real Madrid”i 4 xal qabaqlayır.


