Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

Baş səhifə
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Qəza zamanı Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi Mercedes markalı avtomobillə, 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B. İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanası-na çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.