Cüdoçumuz “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə “Böyük Dəbilqə” turniri
başlayıb.

Trend-in
məlumatına görə, Dünya Cüdo Turunun mərhələsi olan yarışın ilk
günündə komandamız bir medal qazanıb.

-66 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov finala
yüksəlmək üçün Fransa, Rusiya, Almaniya, Finlandiya və Gürcüstan
idmançılarını ipponla məğlub edib.




Finalda Qazaxıstan təmsilçisi Nurkanat Serikbayevə yuko xalı ilə
uduzan cüdoçumuz gümüş medalla kifayətlənib.

Bu nəticə 23 yaşlı idmançımız üçün yeni çəki dərəcəsində ilk,
ümumilikdə isə karyerasında dördüncü “Böyük Dəbilqə” medalı
olub.