Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri İran paytaxtındakı hədəflərə zərbələr
endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat
xidməti bildirib.
“Beyrut hücumlarından sonra İsrail Müdafiə Qüvvələri Tehrandakı
İran terrorçu rejiminin hədəflərinə zərbələr endirir”, – deyə
İsrail ordusunun “Telegram” kanalında bildirilib.

