Bakı. Trend:
ABŞ administrasiyası İranda məhdud quru əməliyyatı aparmaq üçün
bir neçə variantı nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə “NBC News” televiziya kanalı
mənbələrə istinadən bildirib.
Məlumata əsasən, ssenarilərdən biri Hörmüz boğazında gəmiçiliyin
təhlükəsizliyini təmin etmək üçün ABŞ qoşunlarının İran
limanlarında və ya Fars körfəzindəki kiçik adalarda
yerləşdirilməsidir. Digər variantlara yüksək dərəcədə
zənginləşdirilmiş uranın çıxarılması və ya İranın neft
obyektlərinin ələ keçirilməsi əməliyyatı daxildir.
Kanalın mənbələrinə görə, Əfqanıstan və İraqda olduğu kimi,
variantlardan heç biri genişmiqyaslı qoşunların yerləşdirilməsini
nəzərdə tutmur.

