Voleybol üzrə Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turu başlayır

Baş səhifə
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında müntəzəm mövsümün son turu başlayır

Voleybol üzrə Azərbaycan Yüksək Liqasının müntəzəm mövsümündə sonuncu tura bu gün start veriləcək.

“Report” xəbər verir ki, kişilərin yarışında XVIII turun iki oyunu baş tutacaq.

“Neftçi” “Gənclər”lə, “Ordu” “Murov Az Terminal”la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.

Qadınların mübarizəsində “Murov Az Terminal” “Turan”ın qonağı olacaq. Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.