Kuba sahillərində güclü zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Kuba sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu
barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.




Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri təxminən
272.000 əhalisi olan Quantanamo şəhərindən 91 kilometr şərqdə olub.
Zəlzələnin episentri 15 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.