İsrail mediası: İrana hücumlar ən azı bir ay davam edəcək

Baş səhifə

Təl-Əviv administrasiyası İrana hücumların planlaşdırıldığından daha uzun müddət, ən azı bir ay davam edəcəyini gözləyir.

APA xəbər verir ki, bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə Təl-Əviv və Vaşinqton administrasiyaları İran hökumətini devirmək üçün bütün mövcud vasitələrdən istifadə etmək niyyətindədir.

Telekanalın mənbələrə istinadən yaydığı xəbərdə İrana hücumların əvvəlcə bir neçə həftə planlaşdırıldığı, lakin İsrailin gəldiyi son qənaətə görə isə ən azı bir ay davam edəcəyi bildirilir.