
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 289,7 milyon manatlıq əczaçılıq
məhsulları və tibbi ləvazimatlar satılıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə
müqayisədə 25,9% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 10,1 milyard manatlıq, o
cümlədən 5,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 4,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq
məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq
malları üzrə 6,5 faiz artıb.


