Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək

Baş səhifə
Almaniya və Britaniya Hörmüz boğazında gəmilərin mühafizəsi missiyasında iştirak etməyəcək

Almaniya Hörmüz boğazında ticarət gəmilərinin qorunması üzrə mümkün beynəlxalq missiyada iştirak etmək niyyətində deyil.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful “ARD” telekanalına müsahibəsində bildirib.

“Biz tezliklə bu münaqişənin fəal iştirakçısı olacağıqmı? Xeyr”, – XİN rəhbəri Qırmızı dənizdəki “Aspides” hərbi dəniz əməliyyatının Hörmüz boğazına qədər genişləndirilməsi ehtimalı haqqında sualı cavablandırarkən deyib.

O hesab edib ki, Hörmüz boğazında təhlükəsizliyi yalnız İranla danışıqlar yolu ilə təmin etmək mümkün olacaq.

“Böyük Britaniyanın Baş naziri Kir Starmer də analoji mövqedən çıxış edir”, – “The Daily Telegraph” qəzeti iddia edib.

Nəşrin qeyd edib ki, Starmer ABŞ Prezidenti Donald Trampın xahişinə baxmayaraq, Hörmüz boğazında gəmiçiliyin bərpası üçün hərbi gəmilər göndərməkdən imtina edir.

Daha əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts CNN telekanalına müsahibəsində bildirib ki, Amerika administrasiyası digər ölkələrin Hörmüz boğazından keçən gəmilərin təhlükəsizliyinin təmin olunnmasında iştirakında təkid edir.