ABŞ “F-35” qırıcılarının proqram təminatı yeniləməsini İranda münaqişə səbəbindən təxirə salıb

Baş səhifə

Bakı. Trend:

ABŞ hərbçilərinin “F-35” qırıcılarının proqram təminatı üçün
yeniləmə hazırlamaq cəhdləri modernləşdirmə ehtiyacına baxmayaraq,
İrandakı münaqişə səbəbindən ləngiyib.

Trend xəbər verir
ki, bu barədə “Bloomberg” agentliyi Pentaqonun hesabatına istinadən
məlumat yayıb.




Hesabatda qeyd olunur ki, “TR-3” adlı son yeniləmə stabillik
problemləri və qüsurların sistematik şəkildə aşkar edilməsi
səbəbindən sınaqlar zamanı böyük ölçüdə işlək olmayıb. “F-35”
proqramı proqram təminatının yaradılması və yoxlanması işlərinin
icra müddətləri və qrafiklərinə əməl olunması sahəsində irəliləyiş
göstərmir və aşkar edilmiş qüsurların aradan qaldırılması ilə yeni
funksiyaların tətbiqi prosesi bloklanıb.

“TR-3” yeniləməsi təyyarələrin hazırkı göstəricilərinə nisbətdə
hesablama gücünü 37 dəfə, yaddaş həcmini isə 20 dəfə artırmaq üçün
nəzərdə tutulub. Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələri, Hərbi
Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun istifadəsi üçün
modernləşdirilmiş proqram təminatına malik 2,4 min “F-35” təyyarəsi
almağı planlaşdırır.