
Bakı. Trend:
5 mart tarixində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər
naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramova telefon zəngi edib.
Trend xəbər verir
ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyətini
müzakirə ediblər. Bölgədə gərginliyin artmasından narahatlıq ifadə
olunub və eskalasiyanın qarşısının alınmasının vacibliyi
vurğulanıb.
Danışıq zamanı regional ölkələrin suverenliyi və ərazi
bütövlüyünə hörmət, habelə qonşu ölkələrin hədəf alınmaması
zərurəti qeyd edilib.
Həmçinin, telefon danışığı çərçivəsində regional və beynəlxalq
gündəlikdəki digər aktual məsələlər, Azərbaycan ilə Səudiyyə
Ərəbistanı arasındakı mövcud əməkdaşlığın vəziyyəti və inkişaf
perspektivləri müzakirə olunub. Nazirlər həmçinin digər qarşılıqlı
maraq doğuran mövzularda fikir mübadiləsi aparıblar.


