İslamofobiyanın cəmiyyətdə yeri yoxdur – Azərbaycan XİN

Baş səhifə

Bakı. Trend:

Azərbaycan mədəniyyətlərin və dinlərin hörmətə, tolerantlığa və
dinc yanaşı yaşamasına olan güclü sadiqliyini bir daha
təsdiqləyir.

Trend-in
məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial
şəbəkəsində yazıb.

“Beynəlxalq İslamofobiya ilə Mübarizə Günündə mədəniyyətlərin və
dinlərin hörmətinə, tolerantlığına və dinc yanaşı yaşamasına olan
güclü sadiqliyimizi bir daha təsdiqləyirik.

İslamofobiya, ayrı-seçkilik və insanlara qarşı inanclarına görə
nifrət insan ləyaqəti, bərabərlik və qarşılıqlı anlaşma
prinsiplərini sarsıdır. Bu cür qərəzli fikirlərin cəmiyyətlərimizdə
yeri yoxdur”, – deyə paylaşımda bildirilib.

Qeyd edilib ki, İslam sülh, mərhəmət, ədalət və həmrəylik kimi
dəyərlərə əsaslanır.

“İslamın təhrif edilməsi və ya damğalanması qəbuledilməzdir.
Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və
davamlı cəmiyyətlərin qurulması üçün çox vacibdir”, – deyə nazirlik
əlavə edib.