ABŞ Rusiya neftinə qarşı yeni sanksiyalar tətbiq etməyəcək – KİV

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya neftinə
qarşı yeni sanksiyalar tətbiq etməyəcək.

Trend-in
məlumatına görə, bu barədə Böyük Britaniyanın “Financial Times”
qəzeti mənbələrə istinadən xəbər verib.




Məlumata əsasən, Yaxın Şərqdəki münaqişə fonunda Avropa
rəsmiləri Vaşinqtonu neft sənayesinə qarşı sanksiyalar vasitəsilə
Moskvaya təzyiq göstərməyə davam etməyə inandırmağa çalışıblar,
lakin Ağ Ev nümayəndələri ötən həftə onlara Rusiyaya qarşı yeni
məhdudiyyətlər tətbiq etməyəcəklərini bildiriblər.