Lökbatanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Baş səhifə

Bakı.Trend:

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində piyada ölümü
ilə nəticələnən qəza baş verib.

Trend-in
məlumatına görə hadisə martın 11-i baş verib.




Belə ki, Lökbatan-Xocəsən avtomobil yolunun “Meyvəli” Ticarət
Mərkəzinin qarşısından keçən hissəsində Vilayət Paşayev idarə
etdiyi “Mercedes Axor” markalı yük avtomobili ilə hərəkətdə olan
zaman piyada, 1981-ci il təvəllüdlü Səbuhi Əliyevi vurub.

Hadisə nəticəsində piyada 13.03.2026-cı il tarixdə müalicə
olunduğu xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.