Dron hücumlarından sonra ABŞ-nin İraqdakı səfirliyi qarşısında yanğın baş verir – KİV

Baş səhifə

Bakı. Trend:

İraqın paytaxtı Bağdad şəhərinə dron hücumları fonunda ABŞ-nin
İraqdakı səfirliyinin yaxınlığında yerləşən binalardan birində
yanğın baş verib.

Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.




Telekanalın məlumatına görə, hal-hazırda diplomatik missiyanın
qarşısında yerləşən kompleksdən qatı tüstü qalxır.

Bundan əvvəl Al Hadath telekanalı Bağdaddakı ABŞ səfirliyinə
pilotsuz uçuş aparatı ilə hücum edildiyini bildirmişdi. Kanalın
məlumatına əsasən, kamikadze-dron hücumu nəticəsində diplomatik
missiyanın hava hücumundan müdafiə sisteminə daxil olan radar
sıradan çıxıb. İraqın təhlükəsizlik qüvvələri İraqın əksər dövlət
qurumlarının və ABŞ da daxil olmaqla bir çox ölkənin
səfirliklərinin yerləşdiyi Bağdadın mərkəzindəki “yaşıl zona”nı
tamamilə bağlayıblar.