
Bakı. Trend:
Qlobal Cənub qlobal təhlükəsizlik və yeni beynəlxalq nizam
məsələləri də daxil olmaqla, öz mövqelərini formalaşdırmağa doğru
irəliləyir.
Trend xəbər verir
ki, bunu bu gün Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi Əmr
Musa “Keçid dövründə olan dünyada fikir-ayrılıqlarının aradan
qaldırılması”mövuzunda 13-cü Qlobal Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, Qlobal Şimal və Qlobal Cənub ölkələri
arasında fərqlər və müxtəlif baxışlar mövcuddur, lakin eyni zamanda
Cənub ölkələri arasında Şimal ölkələrinin mövqelərinə qarşı qoyula
biləcək ortaq yanaşmalar da formalaşır.
“Qlobal təhlükəsizlikdən danışarkən bu məsələni birlikdə – həm
Şimal, həm də Cənub – müzakirə etməliyik, yəni bununla nəyi nəzərdə
tutduğumuzu aydınlaşdırmalıyıq. Bu, yalnız ABŞ və Çin arasındakı
münasibətlər və ya Qərb ilə Şərq arasındakı məsələ olmamalıdır.
Cənub da bu tənliyin bir hissəsi olmalıdır. Biz Qlobal Cənubdan
danışırıq və o, qlobal təhlükəsizlik və yeni beynəlxalq nizam
məsələləri də daxil olmaqla, öz mövqelərini formalaşdırmağa doğru
irəliləyir. Məsələləri yalnız böyük dövlətlər, super-güclər və ya
varlı ölkələr arasında həll etmək olmaz. Qlobal təhlükəsizliyin nə
olduğunu müəyyənləşdirməyə çalışarkən Qlobal Cənub da nəzərə
alınmalıdır”, – deyə o bildirib.


