Ramazanın 22-ci gününün duası – İftar və imsak vaxtları

Baş səhifə

Bakı. Trend:

Sabah Ramazan ayının 22-ci günüdür.

Trend-in
məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, martın 12-də Bakıda imsak saat 05:31-də, iftar
isə saat 18:59-dadır.

Ramazan ayının 22-ci gününün duası:

“Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi
bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi
buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin”.




Tərcüməsi:

“İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə
göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et,
məni behiştin ən yaxşı yerində sakin et. Ey biçarələrin duasını
qəbul edən Allah!”

Allah orucunuzu qəbul etsin!