Bakı. Trend:
İtaliya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in
məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi
xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Neapol şəhərindən 43 km
cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 375 km dərinlikdə
yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Sunami təhlükəsi elan edilməyib.

