Qaradağda SEPAH-ın öldürücü təsir dairəsi 250-300 metr olan partlayıcı qurğusu aşkarlanıb – DTX

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi
Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam
Respublikasının xüsusi xidmət orqanı olan SEPAH tərəfindən
Azərbaycanda həyata keçirilməsi planlanan terror-təxribatların və
kəşfiyyat xarakterli məlumatları toplanılmasının qarşısını
alıb.

Trend xəbər verir ki, Bakının
Qaradağ rayonunda yerləşən gəmiqayırma zavodunun yaxınlığında 1
ədəd 1 280 qram çəkidə partlayıcı qurğu müəyyən edilib.

Həmin partlayıcının öldürücü qüvvəsinin təsir dairəsi 250-300
metr məsəfadədir.

SEPAH-ın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafez
Tavassoli, Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradıb, qutunu
özündə iki gün saxlamasını istəyib. Göndərilmiş koordinatdan
bağlamanı təhvil alan Azərbaycan vətəndaşı sonrakı günlərdə həmin
qutunu Masazır qəsəbəsində gizli yerə qoyub.

X.Ağayeva 1 nəfərin motosikletlə yaxınlaşıb bağlamanı
götürdüyünü müşahidə etdikdən sonra H.Tavassoliyə bu barədə məlumat
verib. X.Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisində
əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajjad Sheikhzadeh
Moghaddam Sati Sofli Evadın tapşırığı ilə Əhmədov Elvin Bəhruz oğlu
partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki həyət
evinin ətrafında gizlədib.