Səudiyyə Ərəbistanın İranın Azərbaycana PUA hücumunu pisləyib

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanı İranın Azərbaycana qarşı pilotsuz uçuş
aparatları ilə həyata keçirdiyi hücumları pisləyib

Trend xəbər verir
ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin
yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı Krallığının Xarici
İşlər Nazirliyi İranın Türkiyə Respublikasını və Azərbaycan
Respublikasını hədəf almaq cəhdini qətiyyətlə pisləyir.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron
hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və
Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək
partlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici
İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam
Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə
aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların
gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər
görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər
Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.