
Bakı. Trend:
4 mart 2026-cı il, Bakı – Yaxın Şərqdə yaranmış vəziyyətlə
əlaqədar olaraq uçuşları ləğv olunmuş ölkə vətəndaşlarının
Azərbaycan tərəfindən Səudiyyə Ərəbistanının Ciddə şəhərindən
Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib.
Trend xəbər verir ki, AZAL-a
məxsus “Boeing 787 Dreamliner” təyyarəsinin yaxın saatlarda Heydər
Əliyev Beynəlxalq Aeroportuna enişi gözlənilir. Təxliyə reysi
vasitəsilə ümumilikdə 209 vətəndaşın ölkəyə qayıdışı təmin
edilib.
Hazırda AZAL ölkənin milli aviadaşıyıcısı olaraq müvafiq
qurumlar tərəfindən müəyyən edilmiş prosedurlara uyğun olaraq
reyslərin təhlükəsiz və planlı şəkildə icrasını həyata keçirir.
Qeyd edək ki, növbəti günlərdə Yaxın Şərqin digər
istiqamətlərindən Bakıya təxliyə reysləri planlaşdırılır.
Əlavə sual yaranarsa, [email protected] elektron poçt ünvanı
vasitəsilə aviaşirkətə müraciət etmək mümkündür.


