Mövsümi işlərə cəlb edilən şəxslərə ödənilən məbləğin yuxarı həddi artırılıb

Baş səhifə

Bakı. Trend:

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi
işlərə cəlb edilən fiziki şəxs üçün nağd qaydada ödənilən məbləğin
yuxarı həddi artırılıb.

Trend-in
məlumatına görə, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov
müvafiq qərar imzalayıb.




Belə ki, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə
bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə
cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs
üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 30 manat
məbləğində müəyyən edilib.

Məlumat üçün bildirək ki, bu məbləğ daha əvvəl 20 manat idi.