Azərbaycan “Total Energies” şirkəti ilə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsini müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan “Total Energies” şirkəti ilə “Abşeron” qaz-kondensat
yatağının tammiqyaslı işlənməsini müzakirə edib.

Trend xəbər
verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.




“Total Energies” şirkətinin baş vitse-prezidenti Martina Oppizi
ilə “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi,
əməliyyatların karbon izinin azaldılması, eləcə də şəbəkənin
gücləndirilməsinin növbəti mərhələsi çərçivəsində 35 MVt gücündə
külək elektrik stansiyası layihəsi üzrə əməkdaşlıq məsələlərini
müzakirə etdik”, – paylaşımda qeyd edilib.