
Azərbaycanın Tehrandakı səfirliyi ölkə vətəndaşının İrandan təxliyə edilməsinə yardım göstərib.
Bunu “Report”un Cənub bürosuna açıqlamasında İrandan təxliyə edilən Azərbaycan vətəndaşı Əfsanə Bədirova deyib.
O, artıq 15 ildir Tehranda yaşadığını bildirib:
“Şəhərdən dünən çıxmışıq. Bizim ev hərbi zonaya yaxın idi, O ərazini müntəzəm vururlar, partlayış səsləri, qəlpələr, havada uçan dronların səsi uşaqlarda vahimə yaradırdı. Ona görə də çıxmağa məcbur olduq. Səfirliyimizə müraciət etdim, çox sağ olsunlar, yardım göstərdilər. Sərhədi rahat şəkildə keçdik”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


