Şahin Bağırov Saatlıda vətəndaşları qəbul edəcək

Baş səhifə
Şahin Bağırov Saatlıda vətəndaşları qəbul edəcək

Şahin Bağırov

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Saatlı rayonunda vətəndaşları qəbul edəcək.

“Report” komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov martın 5-də saat 10:00-da Saatlı rayon Gənclər Mərkəzində (ünvan: Saatlı şəhəri, Həsən bəy Zərdabi küçəsi 71A) Saatlı, İmişli, Sabirabad və Şirvan rayonlarından olan vətəndaşları ilə görüşəcək.

Qəbul zamanı bu rayonların sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.