Albaniya prezidenti XIII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək

Baş səhifə

Bakı.Trend:

Albaniya Prezidenti Bayram Beqay martın 12-14-də keçiriləcək
XIII Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana
səfər edəcək.

Trend-ə diplomatik
mənbədən verilən məlumata görə, Albaniya dövlətinin başçısı
beynəlxalq gündəliyin aktual məsələlərinə həsr olunmuş
müzakirələrdə iştirak edəcək.

Forum dövlət və hökumət başçılarını, yüksək vəzifəli rəsmiləri
və beynəlxalq ekspertləri əsas qlobal və regional məsələlərin
müzakirəsi üçün bir araya gətirir.

Qeyd edək ki, 12–14 mart 2026-cı il tarixlərində “Keçid
mərhələsində olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”
mövzusunda XIII Qlobal Bakı Forumunun keçirilməsi planlaşdırılır.
2013-cü ildə yaradılmış və Nizami Gəncəvi Beynəlxaq Mərkəzi
tərəfindən təşkil olunan forum hazırda vəzifədə olan və sabiq
dövlət və hökumət başçıları, beynəlxalq təşkilatlar və alimlər üçün
regional və qlobal siyasətin müzakirə edildiyi platforma rolunu
oynayır.

Yeni forum regionda diplomatik fəallığın artdığı bir dövrə
təsadüf edir və əsas diqqət geosiyasi keçid prosesləri və
beynəlxalq təhlükəsizlik məsələlərinə yönələcək.