Azərbaycanın 79 şəhərindən 67-nin Baş planı təsdiq olunub – Namiq Hümmətov

Baş səhifə

Bakı. Trend:

Şəhər və kənd məkanlarının tarazlı inkişafının təmin olunması,
son 5 ildə post-münaqişə dövründə yeni yaşayış məntəqələrinin
salınması, müasir və dayanıqlı məkan modelinin formalaşdırılması
istiqamətində mühüm nailiyyətlər əldə edilib.

Trend xəbər
verir ki, bunu Dövlət Şəhərsalma və Arixtektura Komitəsi sədrinin
birinci müavini Namiq Hümmətov komitənin təşkilatçılığı keçirilən “Təməl” Memarlıq Mükafatının təqdimetmə mərasimində çıxışı zamanı
deyib.




Sədrin birinci müavini bildirib ki, bu günədək ölkəmizin 79
şəhərindən 67-nin Baş planı təsdiq olunub:

“Qalan şəhərlərin planlarının yenilənməsi üzrə işlər davam edir.
Qarabağ və Şərqi Zəngəzur regionunda yerləşən 12 şəhərdən 8-nin Baş
planı artıq təsdiqlənib. Təsdiq olunan hər bir Baş plan, tətbiq
edilən hər bir innovativ alət və reallaşdırılan hər bir layihə
gələcək nəsillər üçün daha təhlükəsiz, rahat və insanmərkəzli
yaşayış mühitinin möhkəm təməlini qoyub”.