Ölkənin müharibə meydanına çevrilməsinə icazə verməyəcəyik – İordaniya Kralı

Baş səhifə

Bakı. Trend:

İordaniya Kralı II Abdullah ibn Al Hüseyn jurnalistlərlə
görüşündə yerli və regional prosesləri dəyərləndirib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

O bildirib ki, İordaniya dost ölkələrlə mövcud güclü
münasibətləri investisiya və iqtisadi imkanlara çevirməyə çalışır,
həmçinin bu çərçivədə Şərqi Asiya ölkələrində yeni bazarlara
çıxmağı hədəfləyir.




II Abdullah İranla bağlı proseslərə də toxunaraq vurğulayıb ki,
bölgədə artan gərginliyin azaldılması üçün dialoq və siyasi həll
yeganə çıxış yoludur.

“İordaniya hava məkanının pozulmasına və ya ölkənin müharibə
meydanına çevrilməsinə icazə verməyəcək. İordaniya Krallığının və
vətəndaşlarının təhlükəsizliyi hər şeydən üstündür”, – deyə kral
bildirib.