Bakı. Trend:
Tailand və Kamboca arasında Regional Sərhəd Komitəsinin Trat
əyalətində keçirilən görüş fevralın 4-də yekun sənəd qəbul
edilmədən başa çatıb.
Trend xəbər verir
ki, bu barədə Tailand Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, danışıqlar sərhədboyu təhlükəsizliyin təmin
olunması, əlaqə kanallarının saxlanması, gərginliyin azaldılması və
davamlı atəşkəs rejiminə riayət edilməsinə yönəlmişdi. Danışıqların
gedişini Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN)
müşahidəçilər qrupu izləyib.
Qeyd edək ki, Kamboca və Tailand Baş Sərhəd Komitəsinin üçüncü
xüsusi iclasının yekunlarına əsasən, 2025-ci il dekabrın 27-də
atəşkəs barədə razılığa gəlmişdilər.

