Yaponlar ABŞ təyyarələrinin səsinə görə təzminat alacaq – 16 milyon

Baş səhifə

Bakı. Trend:

Yaponiyada məhkəmə Asiya dövlətinin cənubunda yerləşən Kadena
şəhərinin sakinlərinə ABŞ Hərbi Hava Qüvvələrinin eyniadlı
aviabazasından qalxan təyyarələrin yaratdığı səs-küyə görə
ümumilikdə təxminən 16,3 milyon dollar məbləğində təzminatın
ödənilməsi ilə bağlı yerli hökumətin üzərinə öhdəlik qoyub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məhkəmə qərara alıb ki, Amerika təyyarələrinin yaratdığı səs-küy
çirklənməsi şəhər sakinlərinin gündəlik həyatını pozur və onlara
“təyyarə səsindən qaynaqlanan narahatlıq, əsəbilik, yuxu pozuntusu
və mümkün aviaqəzalarla bağlı təşviş şəklində psixoloji zərər”
vurur.

Sakinlər 2019-cu ilin əvvəlindən 2025-ci ilin ortalarınadək
dəymiş ziyana görə kompensasiya alacaqlar. Ödənişin məbləği şəhər
sakininin bazadan nə qədər müddətdir və hansı məsafədə yaşamasından
asılı olacaq. Bununla yanaşı, məhkəmə iddiaçıların ABŞ Hərbi Hava
Qüvvələrinin bazadakı fəaliyyətinin məhdudlaşdırılması tələbinı
rədd edib, çünki Yapon hökumətinin bu sahədə səlahiyyəti
yoxdur.