Dövlət xətti ilə verilmiş ipoteka kreditləri artıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə
443 milyon manat kredit verilib.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
illə müqayisədə 2,9 milyon manat və ya 0,7% çoxdur.

Hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin
məbləği isə 434,9 milyon manat olub ki, bu da 2024-cü illə
müqayisədə 12,4 milyon manat və ya 2,8% azdır.




Dövr ərzində fondun yerləşdirilmiş istiqrazlarının həcmi 50
milyon manat və ya 8,3% artaraq 650 milyon manat təşkil edib.

Bundan başqa, hesabat dövründə dövlət büdcəsindən fonda ayrılmış
vəsaitin həcmi isə 2,5 milyon manat və ya 2,8% azalaraq 85,2 milyon
manata bərabər olub.