“Sumqayıt” və “Araz-Naxçıvan”ın sabiq futbolçusu I Liqa klubuna keçib

Baş səhifə
Sumqayıt və Araz-Naxçıvanın sabiq futbolçusu I Liqa klubuna keçib

“Sumqayıt” və “Araz-Naçxıvan”ın sabiq futbolçusu Qabil Əlizadə Azərbaycanın I Liqa təmsilçisi “Mingəçevir”ə keçib.

Bu barədə “Report”a Mingəçevir təmsilçisindən məlumat verilib.

Yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər razılıq əldə olunub.

Qabil Əlizadə karyerası ərzində “Karvan-Yevlax”, “Sumqayıt” və “Araz-Naxçıvan” kimi klubların formasını geyinib.

Qeyd edək ki, “Mingəçevir” hazırda turnir cədvəlində 21 xalla 4-cü pillədə qərarlaşıb.