Kolumbiya Prezidenti Maduronun ölkəsinə qaytarılmasına çağırış edib

Baş səhifə

Bakı. Trend:

Kolumbiya Prezidenti Qustavo Petro Venesuelanın keçmiş dövlət
başçısı Nikolas Maduronun ABŞ tərəfindən tutulması və orada
məhkəməyə çıxarılmasına münasibət bildirib və onun Venesuelaya geri
qaytarılmasını tələb edib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, Petro bu fikri Boqotada etdiyi
çıxışda səsləndirib.




O qeyd edib ki, Maduro ABŞ tərəfindən deyil, yalnız Venesuela
məhkəməsi tərəfindən mühakimə olunmalıdır.

Xatırladaq ki, Maduro ABŞ qüvvələri tərəfindən Karakasda
keçirilən xüsusi əməliyyat nəticəsində tutulub.