Bakı. Trend:
Qırğızıstan Avrasiya İqtisadi İttifaqının Məhkəməsinə Rusiyaya
qarşı iddia ərizəsi ilə müraciət edib. İddianın Rusiya tərəfinin
əmək miqrantları üçün sığorta polisi verməkdən imtina etməsi ilə
əlaqədar olduğu bildirilir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, iddia barədə Qırğızıstanın İcbari Tibbi
Sığorta Fondunun prezidenti Azamat Mukanov parlament komitəsinin
iclasında məlumat verib.
Xəbər yenilənəcək

