“Çandra” qasırğası Britaniyada ciddi fəsadlara yol açıdı– 250 məktəb bağlandı

Baş səhifə

Bakı. Trend:

“Çandra” qasırğası Böyük Britaniyanın müxtəlif bölgələrində
ciddi nəqliyyat pozuntularına və məktəblərin bağlanmasına səbəb
olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Şimali İrlandiyada təxminən 250 məktəb çərşənbə axşamı günü
fırtınanın gətirdiyi “şiddətli hava şəraiti” səbəbindən
fəaliyyətini dayandırıb.




Şiddətli küləklərə görə “M48 Severn” körpüsü bağlanıb, “Humber”
körpüsündə isə yalnız hündür gövdəli nəqliyyat vasitələrinin
hərəkətinə məhdudiyyət qoyulub.

“Met Office” (Britaniyanın Meteorologiya Xidməti) xüsusilə
Şimali İrlandiya üçün külək və leysan yağışlarla bağlı narıncı və
sarı xəbərdarlıqlar yayıb, havada uçan əşyaların təhlükə yarada
biləcəyi və həyat üçün risk ehtimalı barədə xəbərdarlıq edib.

“National Rail South Western Railway” dəmiryolu ilə
sərnişindaşıma xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq
edib, İngiltərənin cənub-qərbində isə əlavə güclü yağışların
gözlənildiyini bildirib.